Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvanda yeni tibb müəssisələri yaradıldı

  • 2023.07.25 16:11
  • 1126 Baxış
Naxçıvanda yeni tibb müəssisələri yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, MR-də səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisələri yaradılıb.

Medicina.az xəbər verir ki, yeni yaradılan müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzidir. Mərkəzin yaradılması Naxçıvanda QİÇS-lə mübarizə sahəsində QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparmaq və QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi məqsədi daşıyır.