Naxçıvan Onkoloji Mərkəzinin Radiologya şöbəsinin müdiri Əkbər Mehdiyevin anadan olmasının 75, muxtar respublika səhiyyəsindəki fəaliyyətinin 50 illiyi qeyd olunub.
"Medicina" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov Əkbər Mehdiyevin həyat və yaradıcılığından, elmi-ictimai fəaliyyətindən bəhs edib.
Diqqətə çatdırılıb ki, Əkbər həkim 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzdə çalışır. O, hazırda Radiologiya Şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirməkdədir.
Aygün Musayeva