Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvanda kütləvi QİÇS testləri keçirildi

  • 2023.12.02 16:38
  • 1208 Baxış
Naxçıvanda kütləvi QİÇS testləri keçirildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar aksiya təşkil edib.


Aksiyada Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı və yerli sakinlər iştirak ediblər.


Tibbi aksiyada 167 nəfər testden keçib.