Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvanda da orqan əməliyyatı olacaq

  • 2023.12.01 12:55
  • 1028 Baxış
Naxçıvanda da orqan əməliyyatı olacaq

“Naxçıvanda yaxın aylarda orqan transplantasiyasına nail olacağıq”.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş orqan transplantasiyası mövzusunda beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samıq Sadıxov deyib. S.Sadıxovun sözlərinə görə, yaxın günlərdə bununla bağlı Naxçıvandan olan 30 tibb bacısı Türkiyədə, Türkiyədən olan 30 tibb bacısı isə Naxçıvanda kurslara cəlb olunacaq:

“Bununla bağlı işlər davam etdirilir”.

Qeyd edək ki, Naxçıvan MR Səhiyyə Nazirliyi, Türkiyənin “Medical Park” Xəstəxanalar Qrupu və Naxçıvan Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan transplantasiyası” adlı beynəlxalq konfransda dünyada, Türkiyədə və Azərbaycanda orqan transplantasiyası sahəsindəki hazırkı vəziyyətlə bağlı müzakirələr aparılır, məruzələr olunur.