Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvanda baş həkim işdən çıxarıldı

  • 2023.05.22 15:42
  • 3181 Baxış
Naxçıvanda baş həkim işdən çıxarıldı

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi vəzifəsindən azad edilib.


"Medicina" apa-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

Digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib. 1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.

Naxçıvan şəhər poliklinikasında bır sıra nöqsanların qeydə alındığı, arayışların verilməsi, tibbi sığorta göndərişləri ilə bağlı əhali arasında narazılıq olduğu bildirilir.