Bildirilib ki, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb.
Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb.
Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir.