Bioloji Təbabət Klinikasının Masallı filialında, sanatoriya tipli klinikada müalicəvi xidmətlər sırasında Naftalan vannaları və speleoterapiya (Naxçıvan duz dağı mineralları ilə terapiya) xüsusi yer tutur.
”Spelaion” – mağara, "terapiya” – müalicə deməkdir. Seleoterapiya – qədim aeroterapevtik müalicə üsullarından biri olub tənəffüs sistemi xəstəliklərinin duz şaxtalarında dərmansız müalicəsidir. Duz şaxtası şəraitində aparılan bu müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Rumıniya və digər ölkələrdə çox geniş tətbiq olunur. Şaxta şəraitində ilk müalicə hələ 1871-ci ildə İtaliyanın Toskana vilayətinin Monsumman yaşayış ərazisində revmatik poliartritli xəstələrdə aparılmışdır.
Tək natrium və xlor deyil, həmçinin, kalsium, maqnezium, kalium, mis, brom, yodla zəngin kiçik dispersli aerozolu asanlıqla bronxlara keçir. Duz otağı stabil hava hərarəti və təzyiqi, müəyyən qaz və ion tərkibi, nisbi aşağı rütubət, mənfi yüklənmiş ionların çox olması, bakterial flora və allergenlərin olmaması ilə xarakterizə olunur. Bu şəfalı mikroklimat tənəffüs orqanlarında infeksion-iltihabi prosesin aktivliyini azaldaraq yerli və ümumi müdafə mexanizmlərinin tənzimləməsinə kömək edir, immun sisteminin aktivləşdirir, qanda turşu-qələvi müvazinətini balanslaşdırır. Maddələr mübadiləsi və vegetativ funksiyaların normallaşmasına, ürək yığılmalarının aktivləşməsinə, allergik qıcığın azalmasına şərait yaradılır.
Speleoterapiyanın biotənzimləyici terapiya, Naftalan vannaları, fizioterapevtik prosedurlar və dietoterapiya ilə birgə tətbiqi xroniki xəstəliklərin müalicəvi effektini dəfələrlə artırır.
Bioloji Təbabət Klinikasında Masallı Filialında duz otağında Naxçıvan duz mağarasından gətirilmiş minerallarla müalicə aparılır (Speleoterapiya).
Speleoterapiya aşağıdakı hallarda tətbiq olunur:
- xroniki bronxit astmatik komponentlə, remissiya fazası (tənəffüs çatışmazlığı l-ll mərhələ) astmaönü vəziyyət
- bronxial astmanın I mərhələsi (tənəffüs çatışmazlığı l-ll mərhələ)
- ürək çatışmazlığı I-II mərhələ
- xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya, l-ll mərhələ (remissiya fazası)
- allergik rinosinusopatiyalar
- pollinozlar
- allergik dəri xəstəlikləri, ekzema, psoriaz, neyrodermatit
- I və II-A mərhələdə olan hipertoniya xəstəliyi, vazomatot rinit, bronxospazm
- sümuk xəstəlikləri
- saç tökülməsi
- nevrozlar
- cinsi xəstəliklərin müalicəsində də speleoterapiyadan geniş istifadə olunması qeyd olunur
Həmçinin, profilaktik üsul olaraq, aşağıdakı hallarda istifadə oluna bilər:
Tez-tez xəstələnən uşaqlar
Yuxarı tənəffüs sisteminin xroniki xəstəlikləri
Xarici tənəffüsün ilkin obstruktiv pozulmaları
Sənaye allergenləri ilə kontaktda olan insanlar
Bizim üstünlüklərimiz:
•Bakıdan 2 saat məsafədə, Azərbaycanın turizm üçün əlverişli Cənub bölgəsində yerləşməsi
•Klinikanın meşə ilə əhatə olunması
•Almaniyada ixtisaslaşmış həkim heyəti
BİOLOJİ TƏBABƏT KLİNİKASI
Masallı şəh. E.Hüseynov küç.
Tel.: (025) 215 50 89 (025) 215 55 38/ 39 (055) 532 89 88
Hekimle elaqe saxlamaq isterdim