Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naxçıvan Doğum Mərkəzinin baş həkimi işdən çıxarıldı

  • 2023.04.19 15:34
  • 2143 Baxış
Naxçıvan Doğum Mərkəzinin baş həkimi işdən çıxarıldı
“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Kəmalə Qurbanova tutduğu vəzifəsindən azad edilib.

"Medicina" xəbər verir ki, bununla bağlı Muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Kəmalə Qurbanova Vasif Talıbov tərəfindən orden və mükafatlara layiq görülmüşdü.

Naxçıvan doğum mərkəzində son illərdə ana və uşaq ölümləri statistikası artırdı.

Aygün Musayeva