Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

NATO-nun keçmiş baş katibi koronavirusa qalib gəldi

  • 2020.04.10 10:50
  • 2299 Baxış
NATO-nun keçmiş baş katibi koronavirusa qalib gəldi
NATO-nun koronavirusa yoluxmuş keçmiş baş katibi Haviyer Solana sağalıb.

"Dörd həftə yarımdan sonra mən xəstəxananı tərk edirəm və evə gedirəm. Bu müddət ərzində məni dəstəkləyən bütün dostlarıma təşəkkür edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxduğu məlum olduqdan sonra NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın əvvəllərində Madriddə xəstəxanaya yerləşdirilmişdi.

Haviyer Solana 1992-1995-ci illərdə Baş nazir Felipe Qonzalesin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri, 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi olub.