Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Natiq Fərzəliyev kliniki ölüm keçirib

  • 2024.10.09 10:54
  • 3193 Baxış
Natiq Fərzəliyev  kliniki ölüm keçirib
Aktyor Natiq Fərzəliyev kliniki ölüm keçirib.


Medicina.az axsam.az-a istinadla xəbər verir ki, bu barədə aktyor "Xəzər axşamı" verilişində danışıb.

O, hadisənin çəkiliş meydançasında baş verdiyini bildirib:

"Elə bildim ki, 5 saniyə və ya 5 dəqiqə olub. Amma bir saat davam edib. Ayılanda mənə şirniyyat verdilər və səhərə qədər çəkilişə davam etdim. Həkimə getdim, infarkt keçirdiyimi dedilər. Müalicə aldım. Evdə də məni qoruyurlar. Hələlik işlərə də çox yüklənmək istəmirəm".