Narkotik istifadəçiləri üçün kokainə qarşı xüsusi peyvənd preparat hazırlanıb.
"Medicina" xəbər verir ki, Braziliya alimləri kokaindən asılılığın orqanizmi məhv etməsinin qarşısını ala biləcəyini düşünürlər.
“Calixcoca” dərmanı siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, insan beyninə təsirini bloklayır və hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.
Yaxın zamanda dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Uğurlu olarsa təsdiqə veriləcək.
Aygün Musayeva