Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Narkomaniya qədər təhlükəli - Telefon asılılığından necə qurtulmalı?

  • 2023.06.06 16:30
  • 1013 Baxış
Narkomaniya qədər təhlükəli  - Telefon asılılığından necə qurtulmalı?
Son 15 ildə ağıllı mobil telefonlar sözün əsl mənasında, dünyanı zəbt edib. Bu gün planetdə 8 milyard insana təxminən 7 milyard ədəd smartfon düşür.



“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə uşaqlar və yeniyetmələrdə təhlükəli olan smartfon asılılığı daha çox artır. Alimlər müəyyən ediblər ki, ağır hallarda bu vərdişlər beyində alkoqolizm və narkomaniyadakı dəyişikliklərə bənzər dəyişikliklər yaradır.

Bu asıllıqdan qurtulmağın bir neçə yolu var.

1.İdman və fiziki aktivlik - smartfon bizim hərəkətlərimizi passivləşdirir və məhdudlaşdırır. Müntəzəm fiziki fəaliyyət özlüyündə smartfondan asılılığı azaltmağa kömək edir. Fiziki fəaliyyətlə yanaşı, bu idman növləri də köməyinizə çatacaq; basketbol, badminton, voleybol, qaçış, velosiped sürmək, futbol və yoqa.


2. Zehinlilik məşqləri etmək- özünə nəzarəti inkişaf etdirməyə və hər hansı bir asılılığın, o cümlədən smartfon asılılığının əsasını təşkil edən obsessif istəkləri azaltmağa kömək edir.

Daimi məşq stress səviyyələrini azaltmağa, yuxunu yaxşılaşdırmağa, narahatlıq və depressiya əlamətlərini azaltmağa səbəb olur. Zehinlilik təcrübəsini öyrənməyə kömək edən çoxlu müxtəlif təlimlər, kitablar, video kurslar və hətta proqramlar var.

3. "Rəqəmsal Pəhriz" (və ya "Rəqəmsal Detoks") - adi qida pəhrizlərinə bənzər, elektron cihazlara: smartfonlar, planşetlər, kompüterlər - və elektronikanı bir müddət tamamilə kəsmək üçün şüurlu bir qərardır, buna bəzən "rəqəmsal detoks" adlanır. Telefonda keçiriləcək vaxtı pəhriz kimi məhdudlaşdırmaq lazımdır. Sanki dieta saxlayırsız.


4. Koqnitiv Davranış Terapiyası - psixoterapiya növlərindən biridir. Onun əsas məqsədi uzun müddətdir mövcud olan mənfi inanclarımızı və düşüncə tərzimizi daha real, müsbət və məhsuldar olanlarla əvəz etməkdir. Bunun üçün telefon asılılığı olan adam psixoterapevtə müraciət etməlidir.

Aynurə Məmmədova