Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Naringini yeyin, amma qabığını atmayın - Detoks çayı ilə gün boyu gümrah olacaqsınız

  • 2019.01.16 14:13
  • 13229 Baxış
Naringini yeyin, amma qabığını atmayın -  Detoks çayı ilə gün boyu gümrah olacaqsınız

Naringi meyvəsini çoxları sevir. Bir qayda olaraq bu faydalı sitrus meyvəsini yedikdən sonra qabıqlarını tullayırıq. Halbuki bu meyvənin qabıqlarından bir sıra məqsədlər üçün istifadə etmək olar. 


Medicina.az sizə naringi qabıqlarından hazırlanan detoks çayının reseptini təqdim edir: 


Bu çay həzm sisteminin problemləri zamanı müsbət təsir edir, immuniteti artırır, toksinlərin bədəndən xarıc olunmasını təmin edir. Həmçinin naringi qabığı çayı yorğunluq və yuxusuzluq problemlərini də aradan qaldırır. 


Hazırlanması: 1 litr qaynayan suya, 2 kiçik naringinin qabıqlarını doğrayaraq atın. Daha sonra yarım limon suyu, 1 ədəd darçın çubuğu, 5-6 ədəd mixək və 2 x/q alma sirkəsi əlavə etdikdən sonra 5 dəqiqə qaynatmağa davam edin. Altını söndürərək soyumağa qoyun. Gün boyu bu çayı içərək gümrah və sağlam olmağınızı təmin edə bilərsiniz. 


Arzu

Medicina.az