Narahat, kobud, köhnə və uyğun olmayan yastıq yuxunun keyfiyyətini pozduğu üçün, son nəticədə insan ömrünü də qısaltmış olur.
"Medicina" xəbər verir ki, uzunömürlüyün bir sirri də dərin yuxudur.
İnsan yatanda beyni bədəni bərpa edir və hormonal balansı tənzimləyir, bütün gün ərzində yığılmış neqativi təmizləyir, bədəni səhərə hazırlayır.
Nevroloq Aleksandra Alexina bildirib ki, pis və az yuxu beynin bu funksiyasını pozur, bədən bərpa olmur, nəticədə ömür qısalır.
Depressiya, demensiya artır.
"Bədənin rahat yuxuya getməsi üçün yatdığı yer və yatağın təsiri var.
Yuxuda beyin amiloid zülallarını yumaqla məşğuldur.
7 saatdan az yuxu degenerativ pozulmalara gətirib çıxarır, insult riskini artırır.
İnsan yatdığı matras, döşək və yastığa diqqət yetirməlidir.
Əgər yastığınıza nifrət edirsizsə, o onurğanı əyirsə, başı, boynu yaxşı saxlamırsa, normal ölçüdə və yumşaqlıqda deyilsə, beyinə qan yaxşı getməyəcək. Bu zaman onun yuxuda işi pozulacaq".
Aygün Musayeva