Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Narahat ayaqlar sindromu bu 2 vitaminin defisiti ola bilər

  • 2022.10.06 13:41
  • 2134 Baxış
Narahat ayaqlar sindromu bu 2 vitaminin  defisiti ola bilər


Axşam yatanda narahat ayaqlar sindromu bu 2 vitamini yoxlatmalıdır.

"Medicina" xəbər verir ki, alimlər D və B12 vitamin əskikliyinin ayaq sızıldamalarına səbəb olduğunu bildirir.

D vitamini normadan çox az olduqda bədəndə qəribə simptomlar baş verməyə başlayır.

Əzələ spazmları, saçların tökülməsi, sümük ağrıları, eləcə də axşam yatmağa mane olan narahat ayaqlar - insan elə qeyri-ixtiyari ayaqlarını hərəkətlə sakitləşdirmək istəyir.

Eləcə də bədəndə, ayaqda qarışqa gəzirmiş kimi hisslər olur.
Bu hallar dəmir və B 12 defisit zamanı da yaşanır.

Alimlər 2 amilin üzərində dayanır.

Onlar narahat ayaqlar sindromundan əziyyət çəkən insanların analizlərini təhlil edərək orda B12, B9 və D əskikliyi görüblər.

Onlar 12 nəfərə 3 ay müddətində D və B12 qida əlavələrini təyin ediblər.

Müəyyən müddətdən sonra onlarda bu simptomlar azalıb.

Aygün Musayeva