Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.
Medicina.az Manşet.az-a istinadla xəbər verir ki, meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub.
Koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün Namiq Qaraçuxurlunu hava limanından geri qaytarıblar.
Hazırda müğənni-meyxanaçı Rusiyada xəstəxanada müalicə alır.