“Oğlum bir neçə gün əvvəl burnundan əməliyyat olunub”.
Medicina.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında meyxanaçı Namiq Məna bildirib.
O qeyd edib ki, artıq oğlu xəstəxanadan evə buraxılıb:
“Burnunda kiçik bir problem var idi, əməliyyat keçirib. Paylaşımında “Növbəti açılan yara, həyat davam etmək istəyir” sözlərini oğlum bədii təsvir kimi verib. Hər şey qaydasındadır. Oğlum artıq evdədir”.
Xatırladaq ki, Məna Əliyev xəstəxana otağından yayımladığı görüntülərə “Növbəti açılan yara, həyat davam etmək istəyir” şərhini yazıb.
N.Məna bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi.