Tanınmış diktor, teleaparıcı Nailə İslamzadə gözəlliyinin və gənc qalmasının sirrini açıqlayıb.
İllərə rəğmən yaşlanmayan və hər zaman gözəl görünən aparıcımız Medicina.az-la çox özəl gözəllik və sağlamlıq reseptini bölüşüb.
Nailə xanımın xüsusi reseptini təqdim edirik:
Tələb olunan qidalar
1 stəkan su
1 çay qaşığı darçın
0,5 çay qaşığı bal
Hazırlanma qaydası
Bir çay qaşığı darçın və yarım çay qaşığı balı bir stəkan suya əlavə edib, qarışdırırıq. Qarışıma bir az zəncəfil tozu da əlavə edə bilərik. Hazırladığımız məhlulun yarısını axşam yatmazdan öncə, yarısını isə səhər yuxudan oyananda içirik.