Plevra xərçəngi ağciyərlərdə baş qaldırır. Ağciyər soğan qabığına bənzər çox nazik membran toxuması ilə örtülüb.
Ağciyəri əhatə edən bu membran toxuması qabırğaların daxili tərəfinə qədər uzanır. Bu membran toxumasında meydana gələn xərçəng plevra xərçəngi - mezotelioma adlanır.
“Medicina” xəbər verir ki, plevra xərçənginin simptomları ağciyərdə mayenin yığılması ,nəfəs darlığı, ağrı, səbəbsiz kilo itkisi, nadir hallarda isə ağciyər xərçənginə bənzər öskürək kimi özünü biruzə verir.
Plevra xərçənginin əsas səbəblərindən biri virus infeksiyaları hesab edilir. Absess ağciyər pərdəsi xərçənginin (mezotelioma) ən mühüm faktorudur.
Plevra xərçəngi simptomları ilə həkimə müraciət etdikdə, həmin insanın asbest xəstəsi ilə uzun müddət təmasda olub - olmamağı aydınlaşdırırlır. Əgər təmas olubsa, o zaman ilk öncə kompüter tomoqrafiyası olunur.
Diaqnozu aydınlaşdırmaq üçün torakoskopiya adlanan üsulla həmin şəxsdən biopsiya götürülür. Nəticəni öyrənmək üçün laboratoriyaya göndərilir.
Əvvəllər əməliyyat zamanı ağciyər və plevra tamamilə çıxarılırdı. Lakin son illərdə, təbabətin inkşaf etməsi nəticəsində yalnız plevranı ağciyərdən tamamilə çıxarılması ilə kifayətlənirlər. Daha sonra kimyaterapiya ehtiyac olduqda radioterapiya olunur.
Günay Quliyeva