Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mütəxəssislərdən qorxunc araşdırma: Daha sürətlə yayılır!

  • 2021.05.19 11:37
  • 1311 Baxış
Mütəxəssislərdən qorxunc araşdırma:  Daha sürətlə yayılır!
Yaponiya mütəxəssislərinin araşdırmasına görə, mutasiyaların ciddi simptomlara səbəb olma ehtimalı normala görə 1.4 dəfə daha çoxdur.


Medicina.az xəbər verir ki, 3 ay müddətində Yaponiyada koronavirus testi pozitiv çıxan 207 mindən çox insanın nəticələri araşdırlıb.

Nəticələrə görə, bunlardan 15 mindən çoxu N501Y mutasiyası daşıyanlarla münasibətdə olub. Xəstələrin durumunu analiz edən mütəxəssislər 475 nəfərdə şiddətli sətəlcəm və ya çoxsaylı orqan çatışmazlığı daxil olmaqla ağır simptomların yarandığını sübut edib.

Mütəxəssislər xəbərdarlıq edir

Mütəxəssislər bildirirlər ki, məlumatların yetərincə olmaması səbəbindən tam araşdırma aparmaq mümkün olmayıb. Amma buna baxmayaraq, nəticələrə görə, mutasiyalara yoluxan insanlarda çox ciddi xəstəliklər yaranır.

Daha sürətlə yayılır

Digər mutasiyalara görə, N501Y adlı növ isə virusu digərilərinə yoluxdurma və yayma sürətinə görə daha sürətlidir.