Mütəxəssislər hər zaman qara çaydansa yaşıl çay içməyi tövsiyə edirlər.
Medicina.az xəbər verir ki, bu dəfə isə apardıqları araşdırma əksər insanın təəccübünə səbəb olub. Belə ki, belə faydalı çaylar sırasına kərə yağlı dəmləməni əlavə ediblər.
Bəs kərə yağlı çayın faydaları nələrdir?
Yağlı çay resepti tibetlilərdən götürülüb. Kərə yağının antioksidant tərkibi az olsa da, zülal və xolesterinə faydalı təsir göstərir.
Dəridə yaranan çatları yox edərək parlaqlıq qazandırır. İmmunitet sistemini möhkəmləndirir.
Çaya 1 və ya 2 çay qaşığı kərə yağı əlavə etmək damarların tıxanmamasının da qarşısını alır.