Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mütəxəssislərdən ölüm riskini azaldan PƏHRİZ

  • 2017.10.10 13:28
  • 14895 Baxış
Mütəxəssislərdən ölüm riskini azaldan  PƏHRİZ
Yağ, meyvə və tərəvəzlərin tənzimlənmiş şəkildə qəbulu və yüksək miqdarda karbohidratlardan imtina edilməsini nəzərdə tutan pəhriz ölüm riskini azaldır.


Medicina.az azərtaca istinadən xəbər verir ki, alimlər bu fikrə beş qitədən olan 135 min nəfər üzərində araşdırma apardıqdan sonra gəliblər.


Əvvəlki araşdırmalardan fərqli olaraq, yeni tədqiqatlar nəticəsində yüksək miqdarda yağ qəbulunun ölüm riskini azaltdığı məlum olub. Bundan əlavə, karbohidratların yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olmasa da, ölüm riskini artırdığı aşkarlanıb.


Məlumatların toplanması üçün araşdırmaçılar 7 il yarım vaxt sərf ediblər. Belə ki, onlar 18 aşağı, orta və yüksəkgəlirli ölkələrdə yaşayan 135 min nəfərin pəhriz proqramlarını öyrənib və onları izləyiblər.


Tədqiqatın nəticələrinə əsasən, gün ərzində orta hesabla 3-4 pors və ya ən azı 375-500 qram meyvə, tərəvəz və paxlalı bitki yeyənlərdə ölüm riski digərlərinə nisbətən aşağıdır.