Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mütəxəssislərdən koronavirus açıqlaması

  • 2020.03.24 09:18
  • 2377 Baxış
Mütəxəssislərdən koronavirus açıqlaması

Dünyada ən çox müzakirə edilən istilərin gəlməsi ilə koronavirusun yox olacağı ilə bağlı tədqiqatçılar və elm adamları arasında da mübahisə mövzusu olaraq qalır.


Massachusetts Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, isti yerlərdə yaşayan insanların koronavirus infeksiyalarının yayılma təhlükəsindən nisbətən uzaq olduğunu iddia edirlər.



Tədqiqatçılar, koronavirus infeksiyalarının çoxunun, aşağı temperaturda, 3 - 7 dərəcə arasında olan bölgələrdə meydana gəldiyini bildirir.
İsti bölgələr ümumi virus yoluxmanın cəmi 6%-ni təşkil edir.

Hazırda yay mövsümünü yaşayan Cənubi yarımkürə ölkələrində koronavirus aşkarlansa da, orta temperaturun 18 dərəcədən yuxarı olduğu bölgələr bu günə qədər qlobal hadisələrin 6 faizindən azını təşkil edir.

"Temperaturun aşağı olduğu bölgələrdə yoluxma halları sayı sürətlə artmağa başlayıb" araşdırmanın müəllifi Midi deyir və əlavə edir : “İstinin təsiri ABŞ-da da göz qabağındadır. Buna görə, epidemiyanın yayılması Arizona, Florida və Texas kimi cənub ştatlarında Vaşinqton, Nyu York və Kolorado kimi ştatlarla müqayisədə daha yavaş olmuşdur”.


Mövsüm nümunəsi, epidemioloqların digər viruslarla əlaqəli vəziyyətinə bənzəyir. ABŞ-da qlobal bir QİÇS koordinatoru və Trump administrasiyasının koronavirus tapşırıq qrupunun üzvü Deborah Birx, son bir yığıncaqda, Şimal Yarımkürəsində qripin adətən Noyabr-Aprel tendensiyasını izlədiyini söyləyir. Hər il soyuqların səbəb olduğu 4 növ koronavirusun isti havalarda azalması müşahidə olunur.