Mütəxəssislər valideynlərə uşaqların yanında elektron siqaretlərdən istifadə etməmək barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, araşdırma nəticəsində elektron siqaretdən çıxan buxarın bədəndə xərçənglə əlaqəli kimyəvi maddələrin yığılmasına səbəb olduğu aşkarlanıb.
Tədqiqatçılar valideynləri hər gün siqaret çəkən 4-12 yaşlı uşaqları valideynləri siqaret çəkməyən eyni yaşdakı başqa bir qrup uşaqla müqayisə ediblər.
Yeni araşdırma müntəzəm olaraq elektron siqaret buxarına məruz qalan 12 yaşdan kiçik uşaqların bədənində istehsal olunan metabolitlərin səviyyələrinin daha yüksək olduğunu müəyyən edib.
Tədqiqatçıların dediyinə görə, bu, bədəndəki dopamin səviyyəsini aşağı sala və oksidləşdirici stress səbəbiylə hüceyrələrə zərər verə bilər. Bu kimyəvi maddələr bədəndə iltihaba səbəb olaraq diabet, ürək xəstəliyi, hətta xərçəng kimi xəstəliklərlə əlaqəli hüceyrə zədələnməsinə gətirib çıxara bilər.
ABŞ-ın Emory Universitetinin dosenti və tədqiqatın aparıcı müəllifi Cenni Rodriqez məsələ ilə bağlı bunları deyib:
"Bir çoxları elektron siqaretlərin özləri və ətrafdakılar üçün daha təhlükəsiz olduğunu düşünərək ondan istifadə etməyə başlayıb.
Lakin elektron siqaretlərdə istifadə olunan mayelərin tərkibində siz və buxara məruz qalanlar üçün təhlükəli olan kimyəvi maddələr var".
Qeyd olunur ki, elektron siqaretlərdə 7000-dən çox kimyəvi maddənin qarışığı var.
Artıq orta məktəb şagirdlərinin təxminən onda biri elektron siqaretdən istifadə edir və bir çox marka meyvəli ləzzətlərlə və yeniyetmələrə yönəlmiş reklamlarla onları aludəçiyə çevirir.
Aysel