Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mütəxəssislər xəbərdarlıq etdi: Bu xurmaları almayın!

  • 2025.03.03 14:34
  • 194 Baxış
Mütəxəssislər xəbərdarlıq etdi:  Bu xurmaları almayın!

Mütəxəssislər satışda olan xurmalarla bağlı xəbərdarlıq ediblər.

Medicina.az xəbər verir ki, Ramazanda ənənəvi olaraq iftar süfrələrinin vazkeçilməzi olan xurma piştaxtalarda və rəflərdə öz yerini tutub.



Türkiyəli mütəxəssis Əli Manavoğlu, daha çox bazarda açıq şəkildə satılan, uyğun mühitdə saxlanmayan, kiflənən, rütubətli yerlərdə uzun müddət saxlanılan xurmalarda zəhərli toksinlərin əmələ gələ biləcəyini vurğulayıb:

"Açıq, rütubətli mühitdə satılan xurmalarda kif və aflatoksin deyilən çirkləndiricilər əmələ gələ bilər. Aflatoksin görmə və dadla təsbit edilə bilməz. Laboratoriya mühitində təyin olunur. Xərçəngə səbəb olan toksindir. Xüsusilə də hamilə qadınlar və uşaqlar, immuniteti az olanlar həddindən artıq yesələr ölümə səbəb olar. Yüksək hərarət, qusma və ishal kimi zəhərlənmə əlamətləri baş verə bilər.

Qablaşdırılmış formada xurma almağa diqqət etməliyik. Süfrəmizə qapalı və təhlükəsiz şəkildə gəlməlidir. Alarkən tarixinə də fikir verin".

Aygün
Medicina.az