“COVID-19 virusu daim mutasiyaya uğrayır. Onun "Delta", "Delta+" və digər ştamları aşkarlanır və ölkədə buna görə analizlər aparılır. Bu, daimi prosesdir və ondan qorxmaq lazım deyil, hazır olmalı və anlamalıyıq ki, xəstəlik hələ bitməyib”.
Medicina.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Səhiyyə nazirinin müavini 2022-ci il üçün Azərbaycan səhiyyəsində gözlənilən yeni prioritetləri də açıqlayıb:
"Artıq yeni prioritetlər müəyyənləşib. Yeni əsas prioritetlər bunlardır - həmişəki kimi ana və uşaq, Vətən müharibəsinin qaziləri, şəhid ailələrinin üzvlərinin sağlamlığı, onlara dəstək və müasir bir neçə iri layihələrin həyata keçirilməsidir".