Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mutant virusun hədəfi uşaqlardır - Hamilələr də yoluxa bilər

  • 2021.03.26 17:21
  • 2956 Baxış
Mutant virusun hədəfi uşaqlardır -  Hamilələr də yoluxa bilər
ABŞ, Fransa və İsveçrənin araşdırmalarına görə, mutant virus həm uşaqlara, həm də hamilələrə təsir edir.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssis Haluk Çokuğraş vəziyyətin tərsinə dəyişdiyini bildirib: “Biz uşaqların daha az yoluxma ehtimalının olduğunu bilirdik. Amma indi bu durum tərsinə dönüb. İsveçrədə mutant virusu daşıyan uşaqların sayı 132-dən çoxdur. Üç fərqli ölkənin statistikasına görə, mutant virus daha çox 0-9 yaş qrupundakılara təsir edir. Həmçinin, hamilələr də virusu daha ağır keçirir. Hətta ölüm halları ilə də qarşılaşmaq mümkündür”.