Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mutant virus pişik və itlərə də keçir - Ciddi problemlər yaradır

  • 2021.03.23 17:10
  • 2276 Baxış
Mutant virus pişik və itlərə də keçir -  Ciddi problemlər yaradır
İngilis mütəxəssislər mutant virusun it və pişiklərdə ciddi problemlərə yol açıdğını bildiriblər.

Medicina.az xəbər verir ki, mütəxəssislər koronavirusun insanlardan heyvanlara keçdiyini, mutant virusa yoluxan insanların evcil heyvanları da mütləq yoxlanılmalı olduğunu deyirlər. COVID-19-a yoluxan heyvanlarda burun axması, öskürmə, asqırma kimi simptomlara rast gəlinir. Bir müddət sonra isə onlar xəstəliyi keçirirlər.

Amma araşdırmalara görə, mutant virusuna yoluxan heyvanlarda ciddi problemlər yaranır. Və onlar dərhal həkimə aparılmalıdır.

Qeyd edək ki, son günlərin statistikasına görə, indiyə qədər 3 “Britaniya ştammı”na yoluxma halı qeydə alınıb. Bunlardan ABŞ-ın Texas ştatında 1 pişik və 1 it, İtaliyada isə 1 pişik mutant virusa yoluxub.