ABŞ-ın San-Dieqo şəhərində saç ustası Lindsi Berbanq gözünə müştərinin qırxılmış tükü düşüb.
“Daily Mail” xəbər verir ki, qadın tükü pinsetlə gözündən çıxara bilib.
Səhərisi Lindsi gözünün şişdiyini görərək həkimə müraciət edib.
Qadın uzun müddətlik xəstəxanada qalmaq istəmədiyindən həkimlər şişi yararaq ona antibiotik kursu təyin edib.
Lakin L.Berbanqın gözü düzəlməyib və o, əməliyyat masasına uzanmalı olub.
Məlum olub ki, qadının gözünə metisillinə davamlı qızılı stafilokok düşüb.