Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir– “O cihaz olmasa, yuxuda keçinə bilərəm”

  • 2019.10.08 15:48
  • 34057 Baxış
Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir–  “O cihaz olmasa, yuxuda keçinə bilərəm”
Xalq artisti Murad Dadaşov 10.000 insanda bir rast gəlinən  və müalicəsi çətin olan xəstəlikdən əziyyət çəkir. 


Medicina.az xəbər verir ki, o bu barədə ilk  dəfə Murad Arifin verilişində olarkən danışıb. 



Xroniki yuxusuzluqdan əziyyət çəkən xalq artisti həkimlərin tövsiyyəsi ilə yatanda xüsusi cihazla yatır. Aparıcının bu xəstəliyinin adı tibdə Apnoe adlanır. 


 "Çox ciddi xəstəlikdir, insan yuxuda oyanmadan və bilmədən keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam yata bilmərəm. Artıq bir müddətdir bu cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: "Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?” Düşünün ki, yəni bu dərəcədə. Sanki başıma qaynar su tökdülər. Müalicəsi də çətindir, demək olar yoxdur”.


 Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi xarakterizə olunur. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır. Əgər vaxtında yardım olunmazsa, ölür. Xəstəni qorumaq üçün xüsusi cihaz burnuna taxılır və nəfəs tənzimlənir. 

 


Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir–  “O cihaz olmasa, yuxuda keçinə bilərəm”