Pomidor şirəsi ancaq restoran və təyyarə menyularında verilir. Heç kimin ağlına gəlmir ki, digər şirələrlə yanaşı, tomat şirəsi də içsin.
Siz evdə də müntəzəm pomidor şirəsi içməlisiz.
“Medicina” xəbər verir ki, həkim İqor Strokov cəmi 1 stəkan pomidor şirəsinin orqanizmə faydasını açıqlayıb.
“Elmi araşdırmalar da göstərib ki, pomidor şirəsi ürəyi sağlamlaşdırır. Tədqiqatın əvvəlində 481 kişi və qadının ürək-damar sistemi müayinə olunub.
Bir il ərzində iştirakçılar ürəkləri istədikləri qədər pomidor şirəsi içib və sağlamlıq gündəliyi tutaraq, səhhətlərində hiss etdikləri dəyişiklikləri qeyd ediblər.
Tibbi müayinələr də göstərib ki, tomat şirəsi arterial təzyiqi salır.
20% təzyiq xəstəsi gündə 1 stəkan pomidor şirəsi içməklə təzyiqlərini stabilləşdiriblər.
Pomidor şirəsi C, A, K vitamini, kaliy və fol turşusu ilə zəngindir. Onda olan fenol turşusu antioksidant təsir edib, iltihabın qarşısını alır.
Meyvə şirəsi ilə müqayisədə o şəkəri və çəkini qaldırmır, çay və suyu onunla əvəz etmək olar”.
Tomat şirəsi hazırlamaq üçün pomidorun qabığı soyulur, blenderdə limon suyu ilə birgə qarışdırılır.
Aygün Musayeva