Apteklərdə və saytlarda gündən günə artan müxtəlif adda və qiymətdə multivitaminlər sağlamlığa heç bir fayda vermir.
“Medicina” xəbər verir ki, bu nəticəyə London St Georgies hospitalının həkimləri gəlib.
Müntəzəm olaraq multivitaminlər qəbul edənlər də eyni dərəcədə, periodluqda ürək-damar, xərçəng xəstəliklərindən ölürlər.
Alimlər təcrübədə 8000 nəfərlik qrupu izləyiblər.
Bir qrup multivitaminlər qəbul edib, digər yarısı isə panasea. Effekt demək olar eyni olub. Hər iki qrup müxtəlif xəstəliklərə eyni dərəcədə tutulub.
Onların sağlamlıq göstəriciləri bir-birindən fərqlənməyib.
Çox zaman multivitaminləri imkanlı, savadlı və sağlam insanlar xəstəliklərdən qorunmaq üçün qəbul edir.
Alimlər hesab edir ki, bu pulları havaya uçurmaqdan başqa bir şey deyil.
Aygün