Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Multivitaminlərdəki gizli TƏHLÜKƏ

  • 2024.03.19 22:35
  • 1465 Baxış
Multivitaminlərdəki gizli  TƏHLÜKƏ
Sağlam bədən üçün vitamin əlavələrinin qəbul edilməsi son illərdə olduqca populyarlaşıb.

Lakin bu geniş qəbul edilən fikrin əksinə olaraq vitaminlərin əskikliyi ilə yanaşı, artıqlığının da zərərli olduğunu nəzərə almaq lazımdır.

Medicina.az xəbər verir ki, daxili xəstəliklər üzrə uzman Dr. Ece Yiğit Gençer bununla bağlı gözardı edilən böyük təhlükəni açıqlayıb.

Bədənimiz üçün lazım olan vitaminlər kifayət qədər olmadıqda və ya artıq olduqda meydana gələ biləcək problemləri izah edən Ece Yiğit Gençer xüsusilə multivitaminlərdəki təhlükəyə diqqət çəkib.

Doktor bildirib ki, hazırda müxtəlif tərkibli multivitaminləri asanlıqla əldə etmək mümkündür:

“Tərkibində birdən çox vitamin və mineral olan qida əlavələrinə multivitaminlər deyilir. Vitaminlər və minerallar bədənimizdəki müxtəlif reaksiyalarda iştirak edən, xaricdən qida və ya bu, kifayət deyilsə, əlavələr vasitəsilə əldə etməli olduğumuz mikroelementlərdir. Çox vaxt zəiflik, yorğunluq, əzələ-oynaq ağrıları, unutqanlıq, konsentrasiya problemləri, saç və dəri problemləri, yuxu problemləri səbəbiylə multivitaminlərə üstünlük verilir”.

O, qrip infeksiyaları zamanı immuniteti gücləndirmək və ya müəyyən müddət ərzində konsentrasiyanı artırmaq üçün multivitaminlərdən qısa müddət istifadə etməyin zərəri olmadığını ifadə edib:

“Buna baxmayaraq, uzun müddətli multivitamin istifadəsi həkim nəzarəti altında davam etdirilməlidir. Bir insan uzun müddət öz başına multivitamin istifadə edərsə, bu, bir çox problem yarada bilər”.

Doktor bu halda baş verə biləcək problemləri belə ümumiləşdirib:

- Həddindən artıq vitamin və mineral sümük, qaraciyər, böyrək kimi orqanlarımızda toplanır və zəhərlənmələrə səbəb olur.

- Müəyyən bir şikayət üçün yaxşı olacağını düşünüb dərhal multivitamin qəbul etməyə başlamaq düzgün deyil. Çünki xərçəng başda olmaq üzrə, bir çox xəstəliyin ilk əlamətləri zəiflik, yorğunluq, əzələ və oynaq ağrıları kimi qeyri-müəyyən şikayətlərdir. Multivitaminlər bu simptomların gizlənməsinə və diaqnozun gecikməsinə səbəb ola bilər.

Bir müddətdir davam edən belə bir şikayətiniz varsa, əlavələr əvəzinə həkimə müraciət etməlisiniz.

- Multivitaminlərin tərkibində vitamin və minerallar az miqdarda olur. Bu dozalar ciddi çatışmazlığı müalicə etmək üçün kifayət etməyəcək. Belə hallarda dərman kimi həkimin təyin etdiyi formalardan istifadə etmək lazımdır.

“Bütün bu səbəblərə görə qan səviyyəsi yoxlanıldıqdan və çatışmazlıq aşkar edildikdən sonra belə əlavələrdən müvafiq dozada və müddətdə istifadə etmək lazımdır”, - deyə Dr. Ece Yiğit Gençer vurğulayıb.


Aysel