Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müharibəyə görə Yaxın Şərqdə aclıq gözlənilir - Valyuta Fondunun rəhbəri

  • 2022.03.28 14:46
  • 1913 Baxış
Müharibəyə görə Yaxın Şərqdə aclıq gözlənilir  - Valyuta Fondunun rəhbəri

Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə ərzaq problemlərinə səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva hesab edir ki, bu, yeni “ərəb baharı” üçün ilkin şərtlər yaradacaq.

Bu barədə o, Dohada keçirilən forumdakı çıxışında bildirib.

“Qiymətlər qalxanda və kasıb insanlar ailələrini dolandıra bilməyəndə onlar küçələrə axışacaqlar”, - deyə Qeorqiyeva qeyd edib.

BVF rəhbəri dünya ictimaiyyətini ərzaq və enerji resursları qıtlığının, onların qiymətlərinin artmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb.

Qeorqiyeva bildirib ki, Ukraynada hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin.