Son zamanlar dünyada olan qarışıq durumla bağlı insanlar daha çox müharibə xəbərləri oxuyur.
"Medicina" xəbər verir ki. bu səbəbdən stress və təşviş fonu artır.
Psixoloq Aleksandra Tolokonina təşviş yaradan xəbərlərdən qorunmağın vacib olduğunu bildirib.
"Çalışın öz informasiya əhatənizə elə mənbələri, adamları buraxasız ki, panika və stresə təslim olmur, balansdadır.
Sizi sakitləşdirəcək informasiya kitab qiraəti, sənət, musiqi, idman və s.-dir.
Qarışıq durumlarda həmişə zehni doldurmaq əvəzinə sakitliyə çəkilin. Meditasiya, yoqa, relaks, masaj, yuxu.
İndi və bu anda olmağı bacarın.
Səhərdən axşama kimi nüharibə xəbərləri, faicələr barədə oxumaq, düşünmək beyni həmin vəziyyətə aktivləşdirir.
Amma siz bu an isti rahat evinizdəsiz. Ona görə həmin təşvişə ram olan zaman durun, açıq gözlərlə bərkdən adınızı və indi harda olduğunuzu deyin.
"Mən indi burdayam, ayaqlarım yerə toxunur, kürəyim dayaq hiss edir, indi səhərdir və ya axşamndır, otaqda filan əşyalar var"- saymağa başlayın.
3 dəqiqəlik belə məşq beyini müharibə xəbərinin içindən çıxarıb rasional real düşüncəyə qaytarır.
Mütləq gecə yuxusu alın, əhvalı qaldıran qidalar yeyin"
Aygün Musayeva