Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müharibədən sonra psixoloji problem yaşayanlara dəstək göstərilir - Pulsuz - VİDEO

  • 2021.02.01 15:13
  • 2337 Baxış
Müharibədən sonra psixoloji problem yaşayanlara dəstək göstərilir - Pulsuz -  VİDEO

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu.

Lakin müharibənin törətdiyi fəsadlar bəzi vətəndaşlara, o cümlədən qazilərimizə, doğmalarını itirmiş şəhid ailələrinə, erməni terrorundan fiziki-mənəvi zərər görmüş bir sıra insanlara öz mənfi təsirini göstərmiş oldu. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti” vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir.

Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti”nə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər. Artıq “qaynar telefon xətti” vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 200-ə yaxın qaziyə, şəhid ailəsi üzvünə və erməni terrorundan zərər görmüş digər vətəndaşlarımıza psixoterapevtik yardım göstərilib.