Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müğənni Xatirə üzünə uşaq hüceyrəsi köçürür?

  • 2023.11.16 17:06
  • 2220 Baxış
Müğənni Xatirə üzünə uşaq hüceyrəsi köçürür?

Müğənni Xatirə İslamın üzünə kosmetoloji prosedur etdirən videosu müzakirələrə səbəb olub.


Axşam.az xəbər verir ki, videoda ifaçının üzünə Yeni doğulan uşağın aktiv hüceyrələri olan pereparat köçürüldüyü deyilib.

Xalq artisti Brilliant Dadaşova da videoya şərh yazıb. O, "Uşağın hüceyrəsi necə əldə edilir? Allah göstərməsin. Təsəvvür belə etmək istəmirəm" sözlərini qeyd edib.

İzləyicilər isə "Körpə uşağın hüceyrəsi necə əldə edilib?", "Adam uşağını həkimə aparmağa qorxur, hüceyrəni haradan tapıblar" kimi şərhlər yazaraq sənətçini tənqid ediblər.