Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müğənni Qumral da estetik qurbanı oldu - Tanınmaz hala düşdü - VİDEO

  • 2025.01.10 11:54
  • 698 Baxış
Müğənni Qumral da estetik qurbanı oldu -  Tanınmaz hala düşdü - VİDEO
Estetik-plastik əməliyyatlar və kosmetik prosedurlarla bağlı şikayətlərin sayı hər gün artmaqdadır. Son zamanlar qadınlar gözəlləşmək məqsədilə üz tutduqları bu əməliyyatlar nəticəsində daha ciddi problemlərlə qarşılaşır və kabus yaşayırlar.



Müğənni Qumral Musayeva da belə bir əməliyyatın qurbanı olub. Bu barədə müğənni sosial şəbəkələrdə öz məlumat verib.

O, üzündə etdirdiyi plastik əməliyyat nəticəsində böyük problemlə qarşılaşıb. Müğənni bütün səylərə baxmayaraq, sifətinin donmuş bir vəziyyətdə olduğunu və gülə bilmədiyin vurğulayıb. Qumral bu barədə məlumatı olan hər kəsdən kömək istəyib.

Maraqlıdır, Q.Musayevanın üzü niyə bu vəziyyətə düşüb? Prosedur zamanı həkim hansı səhv edib? Bunun gələcəkdə hansı fəsadları ola bilər? Belə problemlə üzləşənlərin üz dərisinin yenidən əvvəlki vəziyyətə qayıtması mümkündürmü?

Baş verən hadisəyə aydınlıq gətirmək üçün Publika.az tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərini öyrənib.

Professor öncə estetik əməliyyatla kosmetik prosedurların fərqli əməliyyat olduğunu vurğuladı:

"Estetik əməliyyatlara üzün orta hissəsinin, alının və boyunun liftinqi və təbii ki, blefaroplastika daxildir ki, üz bir qaydaya gəlsin. Bu 4 əməliyyat üzün estetik dəyişməsini, cavanlaşmasını təmin edir. Bu əməliyyatların funksional nəticəsinin olması üçün gərək texniki baxımdan düzgün istifadə edilsin. Estetik cərrahiyyədə dəri dartılması həyata keçirilə bilməz. Dartılma aşağı düşən, sallanan alt toxumalar hesabına həyata keçməlidir. O ki qaldı kosmetik prosedurlara, məncə, adını çəkdiyiniz xanım kosmetik prosedur etdirib. Üzünə bototoksilin vurulub. Bototoksilin əzələləri iflic edir, sifət donmuş duruma düşür və əzələ iflic hesabına qırışları açır. Onun əsas mahiyyəti ondan ibarətdir. Ona görə də belə prosedurlar etdirmək istədikdə, görək həkimini düzgün seçsən ki, bu cür acınacaqlı hallar baş verməsin".



Adil Qeybulla onu da əlavə etdi ki, səhv proseduralar zamanı üzdə yaranan bu kimi keyimə, donma halları bir müddətdən sonra ötüb keçir:

"Ümumiyyətlə, botoksun təsiri 4-6 ay müddətinə qədər davam edir, bəzən bir az da uzana bilir. Lakin qalıcı deyil. Bunun üçün zaman lazımdır. Amma həmin zamana qədər də elə etmək lazımdır ki, insan əziyyət çəkməsin. Botoks, bototoksilin tətbiqi ilə yaradılan effekt daimi deyil. Bu, müvəqqəti bir effektdir, bir müddətdən sonra keçib gedəcək.

Yenə də qeyd edirəm, qadınlar belə prosedurları həyata keçirmək istəyərkən diqqətli olmalı, həkim seçimini düzgün etməlidirlər."