Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müğənni Mətanət Əsədova əməliyyat olundu - Son vəziyyəti

  • 2022.04.13 15:07
  • 5209 Baxış
Müğənni Mətanət Əsədova əməliyyat olundu  - Son vəziyyəti


Müğənni Mətanət Əsədova əməliyyat olunub.

Medicina.az xəbər verir ki, xəstəxanadan Lent.az-a verilən məlumata görə, ifaçının vəziyyəti ağırdır:

“Mətanət xanım yenicə əməliyyat olundu. İndi vəziyyəti ağırdır”.

Qeyd edək ki, M.Əsədova bir neçə gün öncə bu barədə açıqlama vermişdi:

“Təcili əməliyyat olunmalıyam. Səhhətimdə problem var. Həkim məni gözləyir, amma narkozdan qorxuram. Ona görə də illəridir yaranan problemi aradan qaldıra bilmirəm. Allah özü kömək olsun. İnşallah, özümdə güc tapsam, əməliyyata girəcəyəm. Lazım olan bütün analizləri vermişəm”.