Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müğənni koronavirusdan rəhmətə gedən atasından yazdı - "Allahdan bir tək səni istəyirdim"

  • 2021.09.08 14:45
  • 1829 Baxış
Müğənni koronavirusdan rəhmətə gedən atasından yazdı -  "Allahdan bir tək səni istəyirdim"
Müğənni Aygün Mahmudova ötən gün koronavirusdan dünyasını dəyişən atası Arif Mahmudov barədə yazıb. O, atasının sağalması üçün hər gün yalvardığını etiraf edib.


"Canım sənə qurban olsun, ata, hara getdin? Hər şeyimi Allaha təslim etmişdim. Allahdan bir tək səni istəyirdim. Hər gün yalvarırdım sənin yerinə məni alsın, almadı, səni apardı. Saxlaya bilmədik səni. Ata, məni yandırdın.

Hər kəsə yalvarıam, atam üçün vəhşət namazı qılın. Qəbr əzabı yüngül olsun. Allah atama rəhmət oxuyan, yazan hər kəsdən razı olsun" .