Müğənni Elnarə Xəlilova valideynlərə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, müğənni sosial şəbəkədə "Booom!” konfetlərinin fotosunu paylaşaraq onun zəhərlənməyə səbəb olduğunu qeyd edib.
"Bu konfetin satışı artıq məktəbdə dayandırıldı. Siz də almayın. Məlum olub ki,onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir.Allah bütün balaları qorusun. Bu hadisə 2 gün əvvəl oğlumun sinif yoldaşının başına gəlmişdi. Uşaq bir gün reanimasiyada huşsuz vəziyyətdə qaldı. Onu şoka salmışdı. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”, - deyə müğənni qeyd edib.