Bakı şəhəri üzrə təhsil işçilərinin koronavirusa qarşı vaksinasiyası aparılır.
Bakupost.az -ın məlumatına görə, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. İlk olaraq tibb işçiləri, daha sonra isə risk qrupuna daxil olan digər şəxslər və yaşı 50-dən yuxarı olanlar cəlb olunub.