Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müəllimlər ən çox bu xəstəliklərə tutulur – Səbəblər və SİYAHI

  • 2019.09.03 16:39
  • 14891 Baxış
Müəllimlər ən çox bu xəstəliklərə tutulur –  Səbəblər və SİYAHI

Müəllimlik sözsüz ki, ən çətin peşələrdən biridir. İnsanın bütün zehni, fiziki, mənəvi resurslarını tükədir. Xüsusən yazı-pozu və zehni iş olması bir müəllimin bir saatda xərclədiyi enerjini bir daş karxanasında bir fəhlənin 3 saatda sərf etdiyi güc və enerjiyə bərabər edir.


Müəllimin işi dərs saatından sonra da bitmir, mütəmadi yoxlama, kurs, imtahan, jurnal yazmaq, dəftər və yazı işi yoxlamaq, özünün imtahanları və s və ilaxır.


Bütün bunlar onun özünə diqqət yetirməyə vaxt və gücünü azaldır, müəllim bir də gözünü  açır ki, 35 yaşı olsa da, 60 yaşlı bir adamın xəstəlik tarixçəsində tapılan simptomları var.


Medicina.az şərəfli peşənin sahiblərinin ömür boyu ən çox hansı xəstəliklərdən əziyyət çəkməsi barədə araşdırmanı  təqdim edir.

 



-LOR orqan xəstəlikləri – faringit, laringit, səs tellərinin problemləri


Bu siyahı çox uzundur. Səs telləri, boğaz və sinirlərin daim gərgin olması, insan kütləsi içində səsini yüksəkdən çıxarmağa məcbur olması LOR orqanlarında toz, quru hava, infeksiya səbəbindən  iltihabi proseslər çox yaranır. Vəziyyət qışda daha da çətinləşir: çünki siniflər radiatorla, istilik sistemi ilə isidildikdə, otaqda hava quru olur, bu da səs telləri, burun, udlaq üçün zərərlidir.


-İnfeksion xəstəliklər


Nəzərə alsaq ki, dərsdən qalmamaq üçün hətta xəstəliyi olan uşaqlar da gəlir və hər uşaqda olan virus, bakteriya, infeksiya hava-damcı yolu ilə yayılır, müəllimlər də bu viruslara yoluxmaq təhlükəsi ilə üz-üzə qalır. Hər müəllimin də immuniteti güclü deyil. Ona görə müəllimlər il ərzində ən çox qrip və hərarətdən əziyyət çəkən tərəf olur.

 

 

-Gözlərdə problem, görmə zəifliyi


Gözlərə böyük və qarşısı alınmaz yük və nurun sərfiyyatı onları daha tez yaşlarda yaxındangörmə, dumanlı görmə, ağır astiqmatizmə düçar edib, eynəyə məhkum edir.

Müəllimlər il ərzində gözləri üçün ən müxtəlif möhkəmləndirici metodları sınamalıdır.


-Həzm pozğunluqları, qastrit


Müəllimlər dərs saatları müddətində, xüsusən daha çox saatı olan müəllimlər normal rejimdə qidalanmır, təbii ki, dərsdə və ya fasilədə ev yeməkləri yeyə bilmir, çox zaman bufetə vaxt tapmır, vaxtında  maye, çay qəbul etmir, ona görə də həzm pozğunluqları, mədə-bağırsaq, mədəaltı vəz problemləri qaçılmazdır.

 

Bəzən şagirdlər düşünürlər ki. müəllimlər ümumiyyətlə yemək yemir, hava ilə dolanır. Bu fərziyyə əslində gerçəyə yaxındır. Müəllimlər hər addımbaşı, xüsusən şagirdlərin gözü önündə qida qəbul etmir, heç buna vaxtları da yoxdur. Eləcə də stres və gərginlik onlarda mədə nevrozu yaradır


-Ürək-damar problemləri


İstər orta məktəb, istər ali məktəb müəllimləri içində elə dərsə gələn zaman və ya məktəbdə infarkt, insult olma faktları çoxdur. Oturaq iş, gərginlik, az hərəkət, stress, hipodinamiya- müəllimləri artıq 45 yaşından damar –ürək patologiyaları ilə üz-üzə qoyur. Təzyiqləri qalxır, şəkərli diabet olurlar və damar tıxanması baş verir.


Ayaq üstə çox dayanmaq isə varikoz və tromboz yaradır.


-Nevroz, vegetativ distoniya, gərginlik baş ağrıla


90% müəllimlər müntəzəm boyun, gicgah, baş ağrılarından şikayətlənir, bəzən özlərini pis hiss edərək, müxtəlif həkimləri gəzir, nasazlıqlarına cavab kimi, əsəbdən, stresdəndir cavabını eşidirlər.


Müəllim olmaq dəmir sinirlərə sahib olmaq deməkdir, amma bu hər adama nəsib olmur. 


Ona görə hər müəllim yanında validol, valerian, müxtəlif sakitləşdiriclər gəzdirir. İş yerində konfliktlər, yersiz tələblər, bəzən güce yetməyəcək yüklənmə, müasir uşaqların tərbiyəyə çətin tabe olması – hazırda müəllimliyi insan sağlamlığı üçün ən təhlükəli peşələr səviyyəsinə gətirib.

Müəllimlər emosional yanma və tükənmişlik sindromundan əziyyət çəkir, lakin təqaüdə kimi bunu gizlədir.

 


Müəllimlər ən çox bu xəstəliklərə tutulur –  Səbəblər və SİYAHI
Müəllimlər ən çox bu xəstəliklərə tutulur –  Səbəblər və SİYAHI
Müəllimlər ən çox bu xəstəliklərə tutulur –  Səbəblər və SİYAHI