Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mübariz İbrahimovun atasının ölüm səbəbi - Ürək, şok....

  • 2024.10.16 15:15
  • 1345 Baxış
Mübariz İbrahimovun atasının ölüm səbəbi   - Ürək, şok....

Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib.

"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb:

"Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib.

Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb".

medicina.az