Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mübahisə edən zaman siz kimsiz – tısbağa, yoxsa tülkü?

  • 2023.04.14 18:08
  • 2995 Baxış
Mübahisə edən zaman siz kimsiz  – tısbağa, yoxsa tülkü?
İnsanlar biri ilə mübahisə zamanı özlərini müxtəlif cür aparırlar. Bu da psixoloji durumlardan, xarakterdən asılı bir vəziyyətdir.

“Medicina” xəbər verir ki, psixoloqların fikrincə, 5 cür psixotip var: tısbağa, köpək balığı, bayquş, oyuncaq ayı və tülkü.


Tısbağa – belə insanlar münaqişə zamanı özlərinə qapanırlar.

Onlar öz məqsəd və prinsiplərindən əl çəkməyə, eləcə də rəqib üçün əlverişli mövqelərə çəkilməyə hazırdırlar. Nəticədə “tısbağa”ların tez – tez həll olunmamış mübahisələri olur və münasibətdəki problemlər aradan qalxmamış qalır.

Köpək balığı –belə adamlar son dərəcə aqressivdir. O, sanki, futbol meydançasında qapıçı kimidir. Nəyin bahasına olursa olsun, zorla belə o qapını qorumalıdırlar. O hücum edir, qorxudur, qadağan olunmuş hiylələrdən istifadə edir.


Oyuncaq ayı – bu tip insanlar nəyin bahasına olursa olsun, dünyanı qorumağa çalışırlar. Vəziyyəti hamarlaşdırır,tələbləri yumşaldır və hətta münasibətlər naminə özünü, məqsədlərini qurban verir. Onun vəzifəsi heç bir münaqişənin olmamasını təmin etməkdir.

Devid Consonun sözlərinə görə, adətən uşaqlıqda bu insanların hissləri böyüklər tərəfindən xüsusi diqqətdən kənarda qalıb, ola bilsin ki, onlara məhəl qoyulmayıb. Buna görə də onlar instinktiv olaraq ehtiyaclarını minimuma endirir.

Tülkü – bu insan tipi kompromis ustasıdır. Onun üslubu quyruğunu bükməkdir. Lakin bununla yanaşı, “tülkülər” güzəştə getməyi bacarırlar. Sonda hər iki tərəf üçün idealdan uzaq nəticələrə gətirib çıxarır.

Bayquş – belə insanlar üçün münaqişədə vəziyyət uzun müddət uzansa belə, bu münaqişənin həlli mütləqdir. Onlar məqsədlərinə çatmağa və münasibətləri pozmamağla yanaşı, münaqişənin həlli üçün müxtəlif variantlar axtarıb tapır və qarşı tərəfə təklif edirlər. Bu xeyli bir zaman alsa da “bayquş” lar dözməyə, səblə gözləməyə həmişə hazırdılar.

Günay Quluzadə