Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müayinə olunmadan təyin olunan kalsiumlar- Körpələri zəhərləyə bilər TƏHLÜKƏLİDİR

  • 2017.10.06 11:27
  • 35493 Baxış
Müayinə olunmadan təyin olunan kalsiumlar- Körpələri zəhərləyə bilər  TƏHLÜKƏLİDİR
Günümüzdə körpələrə yersiz və həddindən çox kalsium siropları verilir ki, bu da orqanizmdə bir sıra fəsadlar törədir. Bəzən isə pediatrlar körpəni müayinə etmədən kalsium təyin edirlər.

 

Valideynlər də xüsusilə ilk 1 yaşa qədər körpəsinə kalsium siropunu verməyi sanki özlərinə borc bilirlər. Lakin yersiz istifadə olunan kalsium hətta zəhərlənməyə qədər gətirib çıxara bilər.


Medicina.az-a mövzu ilə bağlı açıqlama verən pediatr Gunay Rəsulova ilk yaşlarda körpələrin südəmər dövrdə olduqları üçün çoxlu miqdarda kalsium aldığını bildirib. Onun sözlərinə görə, ilk 2 il bu kalsiumun normal mübadiləsini təmin etmək və mənimsənilməsinə kömək etmək üçün Vitamin D damlalarını profilaktik olaraq körpəyə vermək vacibdir.


"Yersiz, həkimlə məsləhətləşmədən istifadə edilən kalsium preparatlarının qəbulu zamanı, orqanizm dərmanla gələn artıq kalsiumu ürək və beyin damarlarında depolamağa çalışır. Bu da damarlarda kirəcləşmə, sərtləşməyə səbəb olur, artıq istifadə edilən kalsium bağırsaqların fəaliyyətini pozur, uşaqda qəbzlik yaradır, böyrəklərin fəaliyyətinə toksik təsir edir”, - deyə pediatr qeyd edib.


Diş çıxarma dövründə kalsium siroplarının istifadəsi daha çox yayılıb. Valideynlər belə hesab edirlər ki, körpəyə kalsium verməklə onun dişinin çıxmasına yardım etmiş olacaqlar. 


G.Rəsulova isə diş çıxarma prosesinin qandakı kalsium səviyyəsi və ya miqdarı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: "Uşaqlarda diş çıxarma prosesi genetik xarakter daşıyır. İrsən tez diş çıxaran (3 ayda) və ya normalda ilk dişlərini 1 yaşdan sonra da çıxardan uşaqlar var. Süd dişlərinin mayası ana bətnində 16-cı həftədə qoyulur və 3 yaşında tamamlanır. Heç bir vasitə ilə bu prosesə təsir edə bilmərik”.


Həkim onu da qeyd edib ki, kalsiumdan ancaq uşağın raxitlik keçirdiyinə şübhə olduğu zaman və bu da qan analizi ilə təsdiqlənərsə (qanda ionizə kalsium səviyyəsi aşağıdırsa) o zaman həkim məsləhəti ilə təyin etdiyi müddət ərzində istifadə edilə bilər.


Şəhanə Quliyeva

Müayinə olunmadan təyin olunan kalsiumlar- Körpələri zəhərləyə bilər  TƏHLÜKƏLİDİR
Müayinə olunmadan təyin olunan kalsiumlar- Körpələri zəhərləyə bilər  TƏHLÜKƏLİDİR
Müayinə olunmadan təyin olunan kalsiumlar- Körpələri zəhərləyə bilər  TƏHLÜKƏLİDİR