Müasir dövrdə qadınların yeni trendi suda doğuş etməkdir.
Medicina.az xəbər verir ki, suyun doğuş vaxtı rahatlaşdırıcı effektinin olduğu hər zaman bilinsə də, elmi cəhətdən əsaslandırılmış şəkildə 1980-ci illərdə isbat olunub.
Araşdırmalar onu göstərir ki, suda doğuşun dərmandan əlavə rahatlaşdırıcı təsiri var. Doğuş zamanı sudan istifadə bütün mütəxəssisləri tərəfindən dəstəklənir və tövsiyə edilir.
Həkimlər bildirir ki, suda doğuş müvafiq qaydalar və təhlükəsizlik tədbirləri görülməklə quruda doğuş qədər rahatdır.
Suda doğuş zamanı istifadə olunan hovuz istənilən yerdə quraşdırıla bilər. Bu növ doğuş üçün 2 cür mühit yaradıla bilər. Bunlardan birincisi sabit, möhkəm və sərt hovuzlardır. Bu cür hovuzların ən böyük problemi gigiyenik təmizliyini və sterilizə edilməsini təmin etməkdən ibarətdir.
Digər mühit isə hava ilə doldurula bilən hovuzlarla hazırlanır. Bu cür hovuzların birdəfəlik istifadə üçün nəzərdə tutulan üzlükləri olur. Ona görə də gigiyena və sterilizə edilməsi baxımından daha əlverişlidir.
Lakin riskli hamiləliklər üçün suda doğuş uyğun seçim hesab olunmur. Quruda doğuşla müqayisədə suda doğuş zamanı körpələrin aktivliyi bir az ləngiyə bilər. Göbək ciyəsi dərhal kəsilmədiyi üçün körpələr oksigen çatışmazlığı yaşamır, oksigenlə tam təmin olunurlar.
Ginekoloqların bildirdiyinə görə,"Suda doğuş ən yaxşı doğum formasıdır". Suda doğuş sadəcə təbii doğuşun formalarından biridir.
Ayna
Medicina.az