Bağırsağın ağır və xroniki xəstəliyi Kron və ulserativ kolit qastroenteroloqların çətin müalicəsi olan xəstəliklər siyahısındadır.
Təəssüf ki, son zamanlar Azərbaycanda bu xəstəliklər orta yaş və gənclər arasında artıb, çox rast gəlinir.
Medicna.az xəbər verir ki, illərlə xəstələrə əziyyət verən, həyat keyfyyətini azaldan bu xəstəliklərin müalicəsi çox diqqətli yanaşma və fərqli metodikalar tələb edir.
Bəzən xəstəliyin əlamətlərini görməzdən gəlir, başqa səbəblərə bağlayırlar.
Qastroenteroloq xəstəliyin səbəbləri, əlamətləri və müalicəsində əldə etdiyi nəticələrdən danışır.