Müalicəsi mümkün olmayan onkoloji xəstələrə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub
“Hazırda qüvvədə olan əsasnaməyə müvafiq olaraq 3 və 4-cü mərhələ bədxassəli onkoloji xəstələrə 2-ci dərəcə, 2-ci mərhələ onkoloji xəstələrə 3-cü dərəcə əlillik verilir”.
Medicina.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.
Onun sözlərinə görə, inkurabel, yəni müalicəsi mümkün olmayan (nə kimyəvi, nə cərrahi, nə şüa terapiyası aparılması) hallarda isə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub.
İ. Yusifov bildirib ki, ümumilikdə 10 ildən artıq əlilliyi olan şəxsə əlillik dərəcəsi təyin olunursa, bu zaman 2-ci dərəcə müddətsiz əlillik veriləcək: “15 ildən artıq 3-cü dərəcə əlilliyi olan şəxslərə isə müddətsiz əlillik təyin olunur”.