Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müalicənin effektivliyini əngəlləyən blokadaları necə aradan qaldırmalı?

  • 2022.12.13 14:55
  • 3040 Baxış
Müalicənin effektivliyini əngəlləyən blokadaları  necə aradan qaldırmalı?
Bir çox xəstəliklərin müalicəsində blokadalar mane olur. Orqanları detoks etmədən uğurlu müalicə mümkün deyil.

"Medicina" xəbər verir ki, müxtəlif orqan və sistemlərdə pozulmalar aşağıdakı kimi olur.

Bağırsaq disbiozu (bağırsaq mikrobiotasının pozulması) Faydalı bağırsaq bakteriyaları - toksinləri zərərsizləşdirir və patogen bakteriyaların inkişafının qarşısını alır. Normal mikroflora çatışmazlığı nəticəsində toksin ifraz edən patogen bakteriyalar və gobələklər artıb-çoxalır. Səbəblər: yanlış qidalanma; mədə turşuluğunun, öd axını və pankreatik sekresiyanın müxtəlif səbəbli pozulması; qida allergiyaları, qeyri-rasional antibiotikoterapiya..)


• Mikroelement çatışmazlığı (maqnezium, sink, kalsium, selen, manqan, xrom..)
Səbəblər: yanlış qidalanma - bağırsağın selikli qişasının atrofiyası -həzm və sorulmanın pozulması. Mikroelementlər bir çox metabolik proseslərin katalizatoru olub biokimyəvi proseslərdə iştirak edir. Onlar həm mikrodozada, həm də müəyyən konsentrasiyada vacibdirlər (ortomolekulyar terapiya).

• Qida dözümsüzlüyü (psevdoallergiya) və qida allergiyası

• Hüceyrə divarı olmayan bakteriyalar (Cell wall-deficient bacteria (CWDB)) – immun sistemi tərəfindən tanınmır və gizli iltihaba səbəb olur.

• Agır metallar: Hg, Pd, Pb, Al (tərkibində civə və palladium olan stomatoloji plomblar və materiallar – geniş yayılmış mənbədir). Yüksək toksikliyə malik materialların orqanizmə daxil olması və uzunmüddətli təsiri maddələr mübadiləsini pozur. Onlar metabolik proseslərin katalizatoru olan əsas mikroelementlərin (maqnezium, sink, kalsium, selen, manqan) antaqonistləridir.

• Ölü dişlər və alt çənədə iltihab ocağları.
Kökü müalicə olunub siniri çıxmış hər bir diş ölü diş sayılır; mezenxima və limfanı yüksək toksikliyə malik ölü zəhəri ilə yükləyir. Belə dişlər – bakterial yoluxmanın mənbəyidir. Bakteriyalar immun sistemini və orqanlara müvafiq meridianları blokada edir.

• Polidoymamış yağ turşularının çatışmazlığı (hüceyrə membranının zədələnməsi):

Omega-3 yağ turşuları - hüceyrə membranının vacib komponenti olub onu sərbəst radikallardan qoruyur. Omega-3 defisiti oksidativ stresə səbəb olur.

• Turşu və zülalların artıqlığı (hiperproteinemiya və toxuma turşulaşması).

Səbəblər: yanlış qidalanma, öd axını-mədə-pankreas-bağırsaq səviyyəsində ciddi həzm pozulmaları), stress, mineral maddələrin çatışmazlığı.

Qələviləşdirmə mütləqdir.

• Uzunmüddətli sinir-psixoloji yüklənmə.
• Kimyəvi təsir (iltihabəleyhinə vasitələr, steroidlər, konservantlar və s.)
• Xroniki bakterial yüklənmə/antitellər
• Sinusitlər- xroniki iltihab ocağı.

• Çapıqlar-toxumanı zədələyərək meridianlar üzrə enerli axınını əngəlləyib durgunluq (blokada) yaradır.

Bütün bu bəndləri aradan qaldırmaq üçün İnteqrativ tibb biliklərinin olması vacibdir. Bu məqsədlə İnteqrativ Təbabətdə Elmi araşdırmalar Mərkəzi proqramı çərçivəsində Bioloji Təbabət klinikasında kurslar keçirilir. Bu problemlərin bir çoxunu həll edə biləcək drenaj-detoksikasiya sxemi:

Reneel -1 tab x3 dəfə; Hepeel1 tab x3 dəfə; Lymphomyosot 1 tab x3 dəfə - yeməkdən 30 dəq. əvvəl ağızda sorulur. Almaniya istehsalı olan bu biotənzimləyici preparatların yan təsirləri yox, uzun müddət istehsal etmək olar.